Daha bir nəfər koronavirusdan öldü: 152 yeni yoluxma

Ötən sutka Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 152 fakt qeydə alınıb, 111 nəfər müalicə olunub, bir nəfər vəfat edib. Bu barədə avqustun 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.

Bu gün ölkədə yoluxanların ümumi sayı 35 426 nəfər təşkil edib, 33 104 sağalma faktı var, 519 nəfər dünyasını dəyişib. 1 803 nəfərin müalicəsi davam edir. Sutka ərzində 4 890, cəmi isə 878 667 test keçirilib.