“Rusiyada zülmət yox olacaq” – Navalnının məktubu
Yanvarın 17-də Aleksey Navalnının zəhərlənməyə cəhddən sonra Rusiyaya qayıtmasının və hakimiyyət orqanları tərəfindən uydurma cinayət işi üzrə saxlanılmasının iki ili tamam olur. O vaxtdan müxalifətçi həbsdədir. Bu gün sosial şəbəkələrdə Navalnının həbsxanadan yazdığı son məktub yayılıb. “Meduza” məktubun tam mətnini dərc edib:
“Düz iki il əvvəl Rusiyaya qayıtdım. Və mən düz iki il həbs edildim. Belə bir yazı yazanda istər istəməz özünə sual verirsən: bu cür yubiley yazılarından daha neçəsi yazılacaq?
Ancaq həyat və ətrafda baş verənlər bu cavabı təklif edir: bəli, nə qədər lazım olsa, o qədər. Bizim bədbəxt əzab çəkən vətənimizi xilas etmək lazımdır. O, qarət edildi, yaralandı, təcavüzkar müharibəyə cəlb edildi və ən həyasız və hiyləgər yaramazlar tərəfindən idarə olunan həbsxanaya çevrildi. Bu quldur dəstəsinə qarşı müxalifətçilik – hətta mənim indiki məhdud imkanlarımda rəğmən – vacibdir.
İki il əvvəl olduğu kimi, mən deyirəm: Rusiya mənim ölkəmdir. Mən burada doğulub böyümüşəm, valideynlərim buradadır və burada ailə həyatı qurmuşam – sevdiyim insan tapmışam, övladlarım olub. Mən tamhüquqlu vətəndaşam və mənim kimi düşünənlərlə birləşmək, siyasi fəaliyyət göstərmək hüququm var. Və biz çoxuq, əlbəttə ki, korrupsioner hakimlərdən, yalançı təbliğatçılardan və Kreml oğrularından daha çoxuq.
Mən ölkəmi onlara verməyəcəyəm və inanıram ki, zülmət yox olacaq. Amma nə qədər davam edəcəksə, mən bacardığımı edəcəm, doğru olanı etməyə çalışacağam və hamını ruhdan düşməməyə təşviq edəcəm.
Rusiya xoşbəxt olacaq!”