Ukraynada bir gecədə Rusiyanın 3 helikopteri vuruldu

Yanvarın 24-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiyanın 3 ədəd Ka-52 helikopterini məhv edib.

Bu  haqda “Ukrainska pravda” Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

Ka-52 “Alliqator” Rusiyanın yeni nəsil  kəşfiyyat və hücum helikopteridir. Ka-52 döyüş meydanında zirehli maşınları, canlı qüvvə və hava hədəflərini vurmaq qabiliyyətinə malikdir.

Basta