Almaniya Ukraynaya “Leopard” tankları verəcək

Ramştaynda iştirak edən 12 ölkə Ukraynaya 100-ə yaxın “Leopard” tankı verəcəyini vəd edib.

“Spiegel”in məlumatına görə, Qərb ölkələri Berlinin bu qərarını dəstəkləyəcək.

ABC News kanalı isə qeyd edir ki, Ramştaynda iştirak edən 12 ölkə Polşa, Finlandiya, Danimarka, Hollandiya və İspaniya da daxil olmaqla 100-ə yaxın alman tankının təhvil verilməsinə razılıq verib.

Bundan əlavə, Pentaqonun bu həftənin əvvəlində ABŞ-ın “əhəmiyyətli sayda” Abrams döyüş tanklarının Ukraynaya verildiyini elan edə biləcəyi barədə məlumatlar yayılıb.

Basta