Mayda əfv gözlənilir

Azərbaycanda növbəti əfv mayın 10-da Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə olacaq. Bu barədə bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin iclasında bildirib.

Onun sözlərinə görə, prezident yanında Əfv Məsələləri Komissiyası artıq 360 müraciətə baxıb.

“Müraciətə baxılması prosesi may ayına qədər davam edəcək”, – Oruc deyib.

Azərbaycan prezidenti sonuncu dəfə əfv sərəncamını 2022-ci il mayın 27-də imzalayıb. O zaman 213 nəfər, o cümlədən 20-dən çox siyasi məhbus əfv edilib.

Basta