Bayden: “Nüvə silahı istifadə etməkdən çəkinməyəcəyik”
Cozef Baydenin Varşava çıxışından:
◾ Mən Kiyevdən təzə qayıtmışam. Kiyev ayaqdadır, güclüdür, ən əsası azaddır.
◾ Bu – İkinci Dünya Müharibəsindən sonra Avropanın ən böyük müharibəsidir. Rusiyanın addımları ABŞ, Avropa və NATO üçün bir sınaq oldu. Biz Ukraynaya kömək etməkdən yorulmayacağıq.
◾ Putin enerjidən silah kimi istifadə edə biləcəyini düşünürdü. Amma biz səfərbər olduq və Rusiyanın enerji resurslarından asılılığımızı azaltdıq.
◾ Putin demokratiyanın zəif olduğunu düşünürdü, lakin əvəzində azad ölkələrin dəmir iradəsi ilə qarşılaşdı. O, prezident Zelenskinin simasında cəsarətli bir insanla üz-üzədir.
◾ Müharibə bir ildir davam edir və Putin hələ də düşünür ki, biz Ukraynaya dəstəyi dayandıracağıq. Bizim Ukraynaya dəstəyimiz bir saniyə belə dayanmayacaq.
◾ Putin Avropanın NATO-dan çıxacağını düşünürdü, lakin əvəzində İsveç və Finlandiyanı NATO-ya qəbul etdik.
◾ Birləşmiş Ştatlar və Qərb dünyası rus mədəniyyətinə və tarixinə hörmətlə yanaşır. Biz heç vaxt rus xalqı ilə mübarizə aparmamışıq və aparmayacağıq.
◾ Əgər Rusiya ən azı bir NATO ölkəsinə hücum edərsə, bu, bütün bloka hücum kimi qiymətləndiriləcək.
◾ Bu həftə biz yeni sanksiyaları elan edəcəyik. Bu müharibənin başlanmasında günahkar olanları məsuliyyətə cəlb edəcəyik.
◾ ABŞ nüvə silahı istifadə etməkdən belə çəkinməyəcək, amma heç vaxt bunu ilk istifadə edən tərəf olmayacaq. Nüvə şantajı sadəcə qorxaqlıqdır.
◾ ABŞ Ukraynaya kömək etmək üçün dünyanın 50-dən çox ölkəsi ilə koalisiya yaradıb.
◾ Əgər Rusiya dayansa, bu müharibənin sonu deməkdir. Əgər Ukrayna dayansa, bu Ukraynanın sonu deməkdir.
◾ Biz qaranlığın deyil, işığın, köləliyin deyil, azadlığın tərəfindəyik.
Azər İsmayıl