Həbsxanada aclıq edən Əlizamin Salayevin qan təzyiqi kəskin aşağı düşüb

Martın 28-də  vəkil Nemət Kərimli AXCP Salyan rayon şöbəsinin həbsdə olan sədri Əlizamin Salayevlə görüşüb.

O, bu barədə özünün feysbuk səhifəsində yazıb.

“Çəkisi 126 kq.-dan 89 kq.-ma düşüb, qan təzyiqi 70 ətrafında dəyişir, çətinliklə yeriyir, işçilərin köməyi ilə gətirildi. Ona aclığı dayandırmaq üçün müraciət edən hər kəsə səmimi təşəkkürünü bildirdi, lakin davam etməkdə israrlıdı” deyə, vəkil vurğulayıb.

“3-4 gün əvvəl gecə yarısı qan təzyiqi kəskin aşağı düşüb, yalnız həkim müdaxiləsindən sonra özünə gəlib. Həkim nəzarətindən narazıdı. Bütün dostlara salam dedi” – deyə, Kərimli qeyd edib.

Basta