Müsavatda onlayn müşavirə keçirilib

Bu gün Müsavat Partiyası Zaqatala, Qax, İsmayıllı, Yevlax, Migəçevir, Zərdab, Şabran, Füzuli, Şirvan və Neftçala rayon təşkilatı sədrlərinin iştirakı ilə video-konfrans formatında müşavirə keçirilib.

Partiya başqanının müavini Razim Əmiraslanlının yaydığı məlumata görə, iclasda təşkilati məsələlərlə yanaşı, son dövrlərdə ölkədə və regionda baş verən hadisələr, o cümlədən, son günlər Qarabağ ətrafında gedən prosseslər geniş müzakirə olunub.

Təşkilat sədrləri rayonlarda sosial-iqtisadi və siyasi vəziyyətlə bağlı məlumat veriblər.
Partiyanın son dövrlərdəki fəaliyyəti, görülən işlər barədə məlumat dinlənilib. Rayon təşkilatlarına müvafiq tapşırıqlar verildib
Toplantıda başqanı Arif Hacılı və partiyanın digər rəhbər şəxsləri iştirak edib.

Basta