Kılıçdaroğlumu, Ərdoğanmı?

Türkiyənin Gezici araşdırma şirkəti 1-2 aprel 2023-cü il tarixləri arasında ölkənin müxtəlif vilayətlərində 2864 nəfər arasında üzbəüz sorğu keçirib. Sorğunun nəticələrinə görə, CHP lideri Kamal Kılıçdaroğlu seçki yarışında Ərdoğanı 4,1 faiz qabaqlayır.

Sorğu Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Çanaqqala, Dənizli, Diyarbəkir, Ərzincan, Ərzurum, Qaziantep, Giresun, Hatay, İstanbul, İzmir, Kayseri, Kocaeli, Konya, Malatya, Ordu, Samsun, Sivas , və Van vilayətlərini əhatə edib.

Sorğuya görə, vətəndaşların 46,2 faizi Kamal Kılıçdaroğlunun prezident seçiləcəyinə inanır.

Prezident Ərdoğanın yenidən seçiləcəyini proqnozlaşdıranların sayı isə 42,1 faizdir.

“Sözcü” qəzetində yer alan xəbərə görə, vətəndaşlara “Hansı namizədə səs verəcəksiniz?” sualı verilib.

Qərarsızlar paylandıqdan sonra iştirakçıların 53,4 faizi “Kemal Kılıçdaroğlu” cavabını verib.

İştirakçıların 43,2 faizi “Rəcəb Tayyib Ərdoğan” deyib.

2,1 faiz  “Muharrem İnce”ni seçib.

1,3 faiz “Sinan Oğan” deyib.

Rəyi soruşulanların 55,2 faizi seçkinin ikinci tura keçəcəyi təqdirdə Kılıçdaroğluna səs verəcəklərini bildirərkən, Ərdoğana səs verəcəklərini deyənlərin nisbəti  44,8 faiz təşkil edib.

Basta