Bu məlumat Ermənistanı qarışdıracaq
Cəlal Arutyunyanın avtomobilinin partlamasından əvvəl baş verən hadisələrlə bağlı qalmaqallı məlumat yayımlandı
Ermənistan mediasında Qarabağdakı separatçı rejimin keçmiş ordu komandanı Cəlal Arutyunyanın içərisində olduğu avtomobilin partlamasından əvvəl baş verən hadisələr barədə qalmaqallı məlumat yayımlanıb.
Bildirilir ki, Cəlal Arutyunyanın avtomobilinin partlamasından əvvəl, onun David Tonoyanla (Ermənistanın keçmiş müdafiə naziri) sərt mübahisəsi olub. Mübahisənin səbəbi İordaniyadan alınan hava hücumundan müdafiə sistemlərinin işləməməsi, atəş etməməsi olub.
Dava zamanı Cəlal Arutyunyan müharibə bitdikdən sonra susmayacağını və Qarabağın cənubunda hava məkanının tamamilə müdafiəsiz qalmasında günahkar olan insanların adını çəkəcəyini bildirib.
Üstəlik, partlamadan bir gün əvvəl Cəlal Arutyunyan separatçı rejimin başçısı Araik Arutyunyana Şuşada və Daşaltı kəndində müdafiə strukturlarının tikintisinə başlamaq və Azərbaycanın bu istiqamətdə yeni qüvvələr topladığını nəzərə alaraq, Şuşaya əlavə ehtiyat qüvvələri və topçuların gətirilməsinə ehtiyac olduğunu bildirib.
Cəlal Arutyunyana yaxın olan adamlar əmindir ki, onun hərəkət marşrutu barədə məlumatlar qəsdən sızdırılıb və nəticədə Azərbaycan silahlı qüvvələri “müdafiə ordusunun” komandirinin yerini asanlıqla müəyyənləşdiriblər.
Hərbi cinayətkar Cəlal Arutunyanın hərəkət etdiyi avtomobil oktyabrın 27-də müzəffər Azərbaycan ordusu tərəfindən məhv edilib. Bunu əks etdirən videonu təqdim edirik:
Basta