Azərbaycanda özünü buraxan partiyaların sayı 15-ə ÇATDI

2009-cu ildə dövlət qeydiyyatına alınan Aydınlar Partiyası fəaliyyətini dayandırıb. Bununla da Azərbaycanda özünü buraxan partiyaların sayı 15-ə çatıb.

Modern.az xəbər verir ki, bu barədə partiyanın növbədənkənar qurultayında qərar qəbul olunub.

Partiyanın sədri Qulamhüseyn Əlibəyli buraxılmanın konkret səbəbini açıqlamayıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Belə ki, Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.