Əliyev və Paşinyan mayın 14-də Brüsseldə görüşəcəklər – Financial Times
Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan mayın 14-də Brüsseldə görüşəcəklər. Bu barədə mayın 8-də Britaniyanın “Financial Times” nəşri Avropa İttifaqındakı mənbələrə istinadla məlumat yayıb.
Görüş Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin iştirakı ilə keçiriləcək.
Financial Times həmçinin bildirib ki, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində iyunun 1-də Kişinyovda Fransa prezidenti Emmanuel Makronun və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə iki ölkə liderinin daha bir görüşünün keçiriləcəyi gözlənilir.
Bakı və Yerevan hələ Brüssel və Kişinyovdakı görüşlərin anonsunu verməyib.
Amma Paşinyan bu həftə Moskvaya səfər edəcəyini və Vladimir Putinlə görüşəcəyini bildirib.
Öz növbəsində, İlham Əliyev mayın sonlarında Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçiriləcəyini deyib.