Seçkini kim qazanacaq? Rəqəmlərin dili ilə

Xasay Fərzulla

Tərəf saxlamadan Türkiyədəki seçkilərdən yazaq, görək kim qazanacaq.

Araşdırma özümə məxsusdur.

Prezident və parlament seçkilərinin taleyini Türkiyə kimi ölkələrdə həll edən ən önəmli şərtlərdən birincisi bələdiyyələrdəki durumdur.

2019- da keçirilən bələdiyyə seçkilərində AKP bələdiyyələrin sayına görə qazanmışdı.

Həmən seçkilərdə Türkiyənin 30 böyük şəhər bələdiyyəsindən 15- ni AKP, 11-ni isə CHP qazanmışdı.

Qazanmaq məsələnin görünən tərəfidir, amma burda bir önəmli, seçkilərin taleyini həll edəcək məqam var.

Rəqəmlərə keçək.

Təkrar qeyd edək ki, qazanalın bələdiyyələrin sayında AKP öndədir. Amma bu bələdiyyələri əhatə edən insan(seçici yox) sayında AKP çox geri qalır.

AKP- nin qazandığı 15, CHP- nin isə qazandığı 11 Böyük Şəhər bələdiyyələrində əhalinin say nisbəti belədir :

AKP – 21,8 milyon
CHP- 37,8 milyon.

Yerdə qalan təxminən 20 milyon insanı əhatə edən 52 kiçik bələdiyyələrdə isə əhali sayına görə AKP önədədir:

AKP – 9,2 milyon,
CHP – 3,8 milyon.

O, zaman Türkiyənin bütün bələdiyyələrində AKP-CHP nisbəti belə olur:

AKP – 21,8+9,2 = 31 mln.,

CHP- 37,8+3,8 = 41,6 mln.

Amma böyük və kiçik bələdiyyələrdə bu 2 partiyanı dəstəkləyən digər partiyalar var. AKP ni dəstəkləyən MHP-nin, CHP – ni dəstəkləyən HDP – nin qazandıqları bələdiyyələrdə əhali sayını yazaq. Burda CHP xətti üstündür:

MHP-(1 böyük bələdiyyə, Manisa) : 1.4 mln;

HDP-(3 böyük bələdiyyə Van, Diyarbakır, Mardin): 3,8 mln.

Bu rəqəmləri dəstəklədikləri partiyanın rəqəmləri ilə topladıqda belə alınır:

Akp -31+ 1,4 =32,4 mln.

CHP- 41,6 +3.8= 45,4 mln.

Bundan əlavə MHP və HDP-nin kiçik bələdiyyələrdə də qazandıqları var:

MHP – 3.8 mln.
HDP – 2 mln.

İndi kiçikli – böyüklü bələdiyyəlrədə dəstəkçiləri ilə birgə hər 2 partiyanın əhatə etdiyi əhali sayını yazaq:

AKP: 32,4 +3,8= 36,2 mln.

CHP: 45,4 +2 = 47,8 mln.

Türkiyə əhalisinin 85 milyon olduğunu nəzərə alsaq faizlə durum belədir:

AKP – 43 %
CHP – 56 %

Əgər CHP- nin əhatə etdiyi bələdiyyələrin fəaliyyətində bu 4 ildə düşüş yaşanmayıbsa və hər iki partiya tərəfdarlarının seçkiyə qatılma aktivliyi eyni olarsa, o, zaman Kılıcdaroğlunun 55-56 %-lə qazanacağı görünür.

Bu durumu dəyişəcək 2 nüans ola bilər. Biri təbii, biri isə süni.

Təbii olan M.İncə ilə
S.Oğanın alacaqları toplam səslərin 5-6 faizi keçməsi. Bu durumda 2 – ci tur ehtimalı çox yüksək olur.

İkinci nüans isə AKP tərəfdarlarının seçkiyə müdaxiləsi, qısası karusel. Bunu deməyə əsas verən 20 il öncə barmaq boyasının ləğv edilməsi göstərilə bilər.

Bunun qarşısı isə seçici aktivliyi ilə alına bilər. Türkiyədə seçici aktivliyi yüksəkdir, bu dəfəki, seçkilərdə hətta 90 %- in üstündə olacağı gözlənilir.

Yerdə qalan təxminən 10 % – lik passiv seçicini karusel yolu ilə əldə etmək çox riskli görünür. Əks halda % rəqəmlərinin uyğunsuzluğu biabırçı bir vəziyyət yarada bilər. Ümid edək olmayacaq belə bir hal.

Qeyd: HDP- nin qazandığı 3 böyük bələdiyyədən, dəqiq bilmirəm, birinin yoxsa ikisnin başqanı AKP tərəfindən qəyyum atanaraq dəyişdirildi. Amma bunun rəqəmləri dəyişəcəyinə inanmıram. Dəyişsə belə rol oynamaz.