ABŞ Rusiyanı Belarusun daxili işlərinə qarışmamağa çağırdı
Belarusda artan gərginlik fonunda Rusiya bu ölkənin suverenliyini pozmamalıdır,- deyə bazar ertəsi Ağ Evin nümayəndəsi Kayleig Makenani bildirib.
O ,”Rusiya Belarusun suverenliyinə və xalqının sərbəst, dürüst şəkildə öz liderlərini seçmək hüququna hörmət etməlidir”, – deyib.
İnterfaksın məlumatına görə, Makenani Vaşinqtonun Belarusdakı hadisələri yaxından izlədiyini və ABŞ-ın bu ölkədə keçirilmiş son prezident seçkiləri zamanı sui-istifadə hallarının və səlahiyyətlilər tərəfindən insan haqlarının pozulmasının müstəqil beynəlxalq səviyyədə yoxlanılmasını dəstəklədiyini qeyd edib.
Qeyd edək ki, artıq üç həftədir, Belarusda 9 avqustda keçirilmiş prezident seçkilərinin nəticələrinə qarşı etirazlar davam edir. Bu vəzifəni 1994-cü ildən bəri icra edən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko qalib elan edilib. Müxalifət elan olunmuş seçki nəticələrini saxtalaşdırdığını iddia edir.
Heybət Əmrah
Basta2.com