Lukaşenko: “Ölmək fikrim yoxdur”

Belarus prezidenti Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı şayiələrə toxunaraq deyib ki, o, ölmək fikrində deyil.

“Əgər kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin. Rahatlayın. Bu messencerlərdə və Telegram kanallarında söhbətdən başqa bir şey deyil. Adenovirus, bu nədir, sadəcə adenovirusdur” deyə, Lukanşeko bildirib.

Lukaşenko izah edib ki, onun çox sıx qrafiki var. “Müalicə olunmaq imkanım yox idi, sonra Moskvaya, sonra Qrodnoya, sonra Qomelə getməli oldum, bütün bunlar üst-üstə yığıldı. Ona görə də mən ölməyəcəyəm, siz mənə görə hələ çox əziyyət çəkəcəksiniz”, – Lukaşenko əlavə edib.

Basta