Rus Könüllülər Korpusu Belqorodda Rusiya hərbçilərini əsir götürdü – Video
Ukrayna tərəfində döyüşən Rus Könüllülər Korpusunun (RKK) hərbçiləri növbəti dəfə Belqorod vilayətinin ərazisinə daxil olublar. Ötən şənbə və bazar günləri Novaya Tavoljanka şəhərində RKK ilə Rusiya Müdafiə Nazirliyinin hərbçiləri arasında döyüşlər gedib. Bu haqda Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.
Döyüşlərdə Müdafiə Nazirliyinin bir neçə hərbçisinin əsir götürüldüyü bildirilir. RKK əsirləri təhvil vermək üçün V.Qladkovu görüşə çağırıb. Qubernator əvvəlcə görüşə gələcəyini bildirsə də, sonra vaz keçib.
RKK əsirlərin videosunu paylaşaraq, onların öldürüldüyü haqda qubernatorun iddialarını təkzib edib. Korpusun təmsilçiləri “Rusiyanı Putin diqkataturasından azad edənədək” mübarizəni davam etdirəcəklərini bildiriblər.
Basta