Bakı ilə Moskva arasında Zəngəzur müzakirəsi
İyunun 12-də ölkə başçısı İlham Əliyev Rusiya Federasiyası prezidentinin köməkçisi İqor Levitini qəbul edib.
Rəsmi məlumata görə, görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib.
Əliyev və Levitin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə birgə səylərin davam etdirilməsi, daşınan yüklərin həcminin artırılması, Azərbaycan ərazisində müvafiq infrastrukturdan, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə imkanları barədə fikir mübadiləsi aparıblar.
Bununla əlaqədar bildirilib ki, şimal-cənub və şərq-qərb dəhlizlərinin kəsişdiyi Azərbaycan getdikcə nəqliyyat xabına çevrilir.
Həmçinin Rusiyanın Zəngəzur dəhlizinin potensialından istifadə imkanlarının öyrənilməsi məsələləri müzakirə olunub. Bundan əlavə, Azərbaycanda müasir gəmidüzəltmə potensialı ilə bağlı fikir mübadiləsi aparılıb.