Fransada iğtişaşlar səngiyir
Ötən gecə Fransada bəzi ərazilərdə polislə etirazçılar arasında qarşıdurma davam etsə də, iğtişaşlar qismən səngiyib.
Reuters-in məlumatına görə, polis tərəfindən öldürülən yeniyetmə Nahel ötən gün dəfn edilib. Yeniyetmənn cənazə namazı Nanter məsçidində qılınıb, mərasimdə bir neçə yüz nəfər iştirak edib.
Paris, Lion və Marseldə polis qüvvələri ilə yanaşı, elit bölmələr, zirehli texnika və helikopterlər küçələrə çıxarılıb.
Daxili İşlər Nazirliyi “zorakılığın azaldığını” bildirib. Rəsmi məlumata görə, polis cümə günü gecə 1,311 nəfəri, şənbə günü 875 nəfəri, ötən gecə isə 200-ə yaxın ixtişaşçını həbs edib.
Qeyd edək ki, çərşənbə axşamı Paris ətrafındakı Nanteredə 17 yaşlı əlcəzairli Nahel polis tərəfindən güllələnərək öldürülüb. Bundan sonra ölkədə başlayan kütləvi etirazlar iğtişaşlara çevrilib. Toqquşmalarda 200-ə yaxın polisin yaralandığı bildirilir. Maliyyə naziri Bruno Le Maire, 700-dən çox mağaza, supermarket, restoran və bank filialının “çərşənbə axşamı günündən bəri talan edildiyini, bəzən hətta yandırıldığını” söyləyib.
Prezident Emmanuel Makron Fransa hüquq-mühafizə orqanlarında sistemli irqçiliyi inkar edir.
Basta