Yerli turistlər Zaqatala dağlarında itkin düşüblər

 

Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüblər.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

Bildirib ki, dünən saat 14 radələrində iki nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.