Ərdoğan Halyuka vəzifə verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə köklü kadr dəyişikliklərini davam etdirir.
Ötən gün ölkənin 57 vilayətinə yeni valilər təyin olunub. Bu gün isə 11 nazirlikdə 145 baş direktor təyin edilib. Ərdoğan “Çocuklar duymasın” teleserialında Halyuk rolu ilə məşhurlaşan aktyor Tamer Qaradağlını Dövlət Teatrlarına baş direktor təyin edib.
Azərbaycan əsilli Tamer Qaradağlı bir neçə il əvvəl Bakıda səfərdə olub. O, Bakıya heyran qaldığını və buradakı qohumları ilə görüşdüyünü deyib: “Burada qohumlarım çoxdur. Hamısı mənə zəng edib görüşməyə dəvət edirlər. Əslən Gəncə şəhərindən olduğum üçün orada da qohumlarım var. Ona görə də planımda Gəncəyə getmək də var. Çünki qohumlarımı görmək istəyirəm. Burada çox sevildiyimi bilirdim, ancaq bu qədərini təsəvvür etmirdim. Çox sevindim”.
Basta