ABŞ Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməlidir – Riçard Kozlariç
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç (1994-1997) Azərbaycan hökumət rəsmilərinə qarşı sanksiyaların tətbiqinə çağırıb.
Onun bu fikri “The Washington Post” qəzetində dərc olunub.
“Turan”ın məlumatına görə, Kazlariç Azərbaycanda tanınmış iqtisadçı Qubad İbadoğlunun həbsini pisləyib və bunun ölkədəki təqiblərin bir hissəsi olduğunu qeyd edib.
“Bakı rejiminin bu qanunsuz hərəkətləri məni iki səbəbdən hiddətləndirir. Birincisi, həbs onun fundamental hüquqlarını pozub, ona və həyat yoldaşına fiziki zərər vurub.
İkincisi, bu insident Azərbaycanı idarə edən avtokratik kleptokratiyanı tənqid etmək kimi fundamental hüquqlarını ifadə edən hər kəsin təqib edilməsinin onilliklər boyu davam edən təqib təcrübəsinin bir hissəsidir”, Kozlariç yazır.
“Siyasi opponentlərə qarşı “cinayətlər” (bu halda valyuta fırıldaqları) icad etmək; “cinayətkarı” zorla həbs etmək; günahsız ailə üzvlərini təhqir etmək və qorxutmaq; hüquqi nümayəndə və əlaqələrə icazə verməmək və müttəhimləri işgəncə də daxil, dəhşətli həbsxana şəraitində saxlayırlar”, Kozlariç qeyd edir.
“İbadoğlu ilə bağlı vəziyyət təcili tədbir görülməsini tələb edir, çünki hakimiyyət onu bir sıra ciddi xəstəliklərin müalicəsi üçün lazım olan dərmanlardan məhrum edir. Bu qəbuledilməz insan hüquqları pozuntularını işıqlandırmaq üçün beynəlxalq medianın diqqəti vacibdir. ABŞ səfirliyinin və Dövlət Departamentinin cənab İbadoğlunun azadlığa buraxılması tələbi ilə bağlı bəyanatlarına məhəl qoyulmur.
Onun həyatı təhlükədədir. Qətiyyətli hərəkətlərin vaxtı çatıb. Onun qanunsuz həbsinə və həbsdə saxlanılmasına görə məsuliyyət daşıyan Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etməyin vaxtı çatıb.
Biz bunu Rusiya rəsmilərinə qarşı da etdik. Azərbaycan hakimiyyəti cəzalanmadan hərəkət edir. Birləşmiş Ştatlar liderliyi öz üzərinə götürməli və göstərməlidir ki, insan hüquqlarının davamlı pozulmasının nəticələri olur”, – R.Kozlariç yekunlaşdırır.