Müsavat Ədliyyə Nazirliyinə yenidən siyahı verdi

Müsavat Partiyası öz üzvlərinin bir qisminin siyahısını yenidən Ədliyyə Nazirliyinə təqdim edib.

Bu haqda partiyanın başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

 Siyahıda Ədliyyə Nazirliyinin yazılı və şifahi qeydləri nəzərə alınıb.

“Bu dəfə hər ehtimala qarşı daha minədək üzvümüzün də adları siyahıya əlavə olundu” – deyə, başqan vurğulayıb. 

Qeyd edək ki, Ədliyyə Nazirliyi Müsavatın təqdim etdiyi 5212 nəfərin siyahısına iradlar bildirərək, bunların aradan qaldırılmasına 30 gün vaxt vermişdi.  Bu dəfə nazirliyə 6 mindən çox üzvün siyahısı təqdim edilib. 

Basta