Xocalıda traktor minaya düşdü, xəsarət alan var

Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində traktorun minaya düşməsi zamanı bir nəfər xəsarət alıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, avqustun 24-də Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi nəticəsində 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.