40 min erməninin Qarabağdan Ermənistana köçməsinə hazırlıq görülür
“Dağlıq Qarabağda olan soydaşlarımızın orada qalmasının qeyri-mümkün olduğu müəyyən olunarsa, yəni hazırkı vəziyyət belə davam edərsə, onlar Ermənistana aparıla bilər. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bu gün, sentyabrın 22-də hökumətin iclasında bildirib.
“Sentyabrın 19-da, yəni hərbi əməliyyatlar başlayan gün mən baş nazirin müavini Tiqran Xaçatryana tapşırmışdım ki, soydaşlarımızı necə, harada və nə ilə dəstəkləyəcəyimizi hökumət həmkarları ilə müzakirə etsin. Ermənistana mümkün axın olacağı təqdirdə 40 mindən çox yer hazırlanıb. Bu, Dağlıq Qarabağdakı tərəfdaşlarımızla razılaşdırılmış mövqedir” – deyə Paşinyan bildirib.
Erməni silahlı dəstələri Qarabağdan çıxarılır.
Qoşunların çıxarılması prosesinin təşkili və hərbi tədbirlər nəticəsində təxliyə edilmiş mülki sakinlərin yaşayış məntəqələrinə qayıtmasının təmin edilməsi üçün Azərbaycan tərəfi ilə danışıqlar aparılır.
Modern.az xəbər verir ki, bu barədə Qarabağ ermənilərinin Xankəndidəki “qərargahı” məlumat yayıb.
Bildirilib ki, danışıqlar Rusiya sülhməramlılarının vasitəçiliyi ilə aparılır.