Tərtər sakini minaya düşüb

Oktyabrın 6-sı Tərtər rayonunun Həsənqaya kəndi ərazisində 1986-cı il təvəllüdlü Zaməddin Həsənov minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə prokurorluqdan məlumat verilib.

Azad edilmiş ərazilərdə mina partlayışı nəticəsində ötən gün Daxili İşlər Nazirliyi daxili qoşunlarının hərbi qulluqçuları yaralanıb.

Rəsmi məlumatlara görə, 10 noyabr 2020-ci ildən bu günədək 319 nəfər  Azərbaycan vətəndaşı minaya düşüb.Onlardan 63-ü həlak olub, 255-i yaralanıb.