Fransa əsgərləri Ermənistana gəldi – Foto

 

Fransanın 56 mülki təhlükəsizlik əsgəri Ermənistana gəlib.

Onlar Ermənistan və Aİ xilasediciləri ilə birlikdə “Ümid – 2023” təlimində iştirak edəcəklər.

Bu barədə Fransanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən axşam Yerevanda əsgərləri Fransanın Ermənistandakı səfiri Olivye Dekotini qarşılayıb.

Kipr və Monteneqrodan olan axtarış-xilasetmə qrupları da artıq Ermənistana gəliblər. Ekiplər özləri ilə idarəetmə məntəqələri və avadanlıqlar da gətiriblər.

 

Mənbə: “Hraparak” qəzeti