Qiymət və maaş artımı
Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-sentyabr aylarında istehlak qiymətləri 2022-ci ilin eyni dövrünə nisbətən 10,9 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 12,4 faiz, qeyri-ərzaq məhsulları 10,1 faiz, ödənişli xidmətlər 9,6 faiz bahalaşıb.
Novator.az bildirir ki, başqa bir rəsmi məlumata əsasən, ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nəzərən 11,3 faiz artaraq 923 manat olub.
Ölkədə pensiyalar orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir.
Minimum pensiya 280 manatdır. 2023-cü il iyulun 1-nə aylıq pensiyaların orta məbləği 435 manat göstərilib.