Müsavat Divanının gündəliyi

Oktyabrın 16-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.  İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

Xankəndi, Ağdərə, Xocavənd və Xocalının işğaldan azad olunması Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması istiqamətində mühüm addım kimi qiymətləndirilib.

18 oktyabr Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 32-ci ildönümü ilə bağlı planlaşdırılan tədbirlərə hazırlıq müzakirə olunub.

Müsavat Partiyası oktyabrın 17-də saat 14:00-da qərargahda bayram tədbiri keçirəcək. Oktyabrın 18-də saat 15-də isə Şəhidlər Xiyabanını, daha sonra milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət edəcək.

Qeyd edilib ki, Azərbaycanın müstəqilliyinin bərpa olunması ölkə tarixinin ən mühüm hadisələrindən biridir. Müsavat 18 oktyabr tarixinin qeyri-iş günü təyin olunmasını və dövlət səviyyəsində bayram kimi qeyd edilməsini bir daha tələb edir.

İclasda İsrail və Ukraynada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.

Basta