ABŞ SEPAH qüvvələrinə zərbələr endirdi
ABŞ qoşunları prezident Co Baydenin əmri ilə Suriyanın şərqindəki hədəflərə dəqiq zərbələr endirib.
Pentaqon rəhbəri Lloyd Ostin bildirib.
Onun sözlərinə görə, obyektlər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və iranpərəst qruplar tərəfindən istifadə edilib.
Hədəflər Əbu Kamal şəhəri yaxınlığındakı təlim bazası və Mayadin şəhəri ərazisində silahlıların gizli fəaliyyət göstərdiyi bina olub. Zərbələr İraq və Suriyada ABŞ personalına qarşı davam edən hücumlara cavab olaraq endirilib.
“Al Mayadeen” telekanalının məlumatına görə, hücuma cavab olaraq Suriyanın şərq və şimal-şərqindəki Amerika hərbi bazaları atəşə tutulub.
Telekanalın məlumatına görə, Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasına 15 raket atılıb. Hədəf hərbi qərargah və silah anbarları olub. Qəzetin iddiasına görə, 10 helikopter yaralı amerikalıları xəstəxanalara aparıb. Ölənlərin olduğu bildirilir. Suriyanın şimal-şərqindəki Həsəkə əyalətində yerləşən digər “Əl-Şəddadi” ABŞ bazasna isə PUA-larla hücum edilib. Hücumlara görə məsuliyyəti İsraillə müharibədə HƏMAS-a dəstək verən İraq İslami Müqaviməti öz üzərinə götürüb.
Modern.az