Müsavat Divanının gündəliyi

Dekabrın 11-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.  Bu haqda partiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, iclasda görülən işlər müzakirə olunub.

Daha sonra qanunsuz olaraq həbs edilən Müsavat Partiyası Gənclər Təşkilatının üzvü, partiya başqanının oğlu Orxan Hacılının hüquqlarının müdafiəsi ilə bağlı tədbirlər müzakirə edilib.

Azərbaycanda fevralın 7-nə növbədənkənar prezident seçkilərinin təyin olunmasının səbəbi ilə əlaqədar hakimiyyətin xalqa izahat verməsi tələb edilib. Seçki ilə əlaqədar müzakirələrin davam etdirilməsi, partiya fəallarının və cəmiyyətin rəyinin öyrənilməsi ilə bağlı tapşırıqlar verilib.

Ölkədə və dünyada gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb. ,

Sonda cari məsələlər müzakirə olunub.

Basta