Ermənistandan Rusiyaya qarşı daha bir addım
“Sputnik-Ermənistan” kanalının Ermənistanda yayımı məhdudlaşdırılıb. Kanalın retranslyatoru olan “Tospa” radiostansiyasının lisenziyası bir ay müddətinə ləğv edib. Bundan əlavə, retranslyator 500 min dram (təxminən 1200 dollar) məbləğində cərimə olunub.
Ermənistan hakimiyyəti bu qərarı iki səbəblə izah edib: birincisi, Rusiya vətəndaşı olan Tiqran Keosayanın efirdə “ölkənin və xalqın şərəf və ləyaqətinə ironik və alçaldıcı ifadələr” işlədib; ikincisi, Ermənistan parlamentinin keçmiş üzvü Arman Abovyan “çaxnaşma yayaraq, yoxlanılmamış və etibarsız mənbələrə əsaslanan” açıqlamalar verib.
Qeyd edək ki, “Sputnik Ermənistan” Rusiya tərəfindən maliyyələşdirilir, onun rəhbəri Marqorita Simonyan Kremlin əsas propaqandaçılarından biri sayılır. Ermənistan hakimiyyətini təhqir etməkdə ittiham olunan Tiqran Keosayan Marqorita Simonyanın əridir.
Basta