Rusiyanın 28 PUA-sı və iki qırıcı təyyarəsi vuruldu – USQ
Ukrayna Silahlı Qüvvələri Rusiyanın 28 pilotsuz təyyarəsini və iki döyüş təyyarəsini vurduğunu bildirib.
Məlumata görə, dekabrın 25-nə keçən gecə rus qoşunları Şahed-136/131 tipli hücum pilotsuz təyyarələri ilə Ukraynaya hücum edib.
Ukrayna hava hücumundan müdafiə qüvvələri Odessa, Xerson, Nikolayev, Donetsk, Kirovoqrad və Xmelnitski vilayətlərində buraxılan 31 pilotsuz təyyarədən 28-ni məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin məlumatına görə, pilotsuz təyyarələrin əksəriyyəti – 17-si liman infrastrukturunun yenidən Rusiya hücumlarının hədəfinə çevrildiyi Odessa vilayəti üzərində vurulub. Pilotsuz təyyarənin qalıqları Odessa limanında texniki otağa, həmçinin Razdelnyanski rayonunda fəaliyyətsiz inzibati binaya və anbara ziyan vurub.
Xerson vilayətində anbarda yanğın baş verib. Dnepropetrovsk vilayətində pilotsuz uçan aparatların qalıqları taxıl yükləyənə ziyan vurub.
Bundan əlavə, Ukrayna hərbi hesabatında qeyd olunur ki, hava hücumundan müdafiə bölmələri Rusiyanın iki Su-34 və Su-30 qırıcı-bombardmançılarını vurub. Birincisi Donetsk vilayətində, ikincisi isə Qara dəniz üzərində vurulub.
Dekabrın 22-də Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk Rusiyanın cənub istiqamətində üç Su-34 qırıcı-bombardmançısının vurulduğunu bildirib. Bu məlumatı kremlpərəst hərbi ictimaiyyət də təsdiqləyib. Rusiya Müdafiə Nazirliyi bu barədə heç bir şərh verməyib.
Mənbə: Meduza (Rusiya)