Müsavat Divanının gündəliyi
Dekabrın 24-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda əvvəlcə Türkiyənin bir qrup hərbçisinin terror nəticəsində şəhid olması haqda məlumat verilib, onların xatirəsi sayğı duruşu ilə anılıb.
Daha sonra görülən işlər müzakirə olunub. Partiyanın təsis etdiyi Nərgiz mükafatının hazırda qanunsuz həbsdə olan “Abzas-Media”nın redaktoru Sevinc Vaqifqızına təqdim edilməsi mərasimi haqda məlumat dinlənilib.
Divan üzvü Könül Alı “Basta” saytında dərc edilən yazısına görə müsabiqənin qalibi olub. Divan bu münasibətlə onu təbrik edib.
Partiyanın növbəti qurultayına hazırlıqla bağlı təşkilat komitəsi üzvlərinə müvafiq tapşıriqlar verilib.
Partiyanın 2024-cü il ücün fəaliyyət istiqamətləri müzakirə olunub.
Azərbaycanla-Ermənistan arasında sülh danışıqları, Ukrayna ordusunun Rusiya işğalçılarına qarşı mübarizəsi və digər proseslər haqqında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.
Basta