Azərbaycanda dəhşətli intihar – vəkil Vəkillər Kollegiyası qarşısında özünü yandırdı
Vəkil Zaur Məmmədov, Vəkillər Kollegiyasının qarşısında intihar edib.
Bu haqda hüquq müdafiəçisi Rüfət Səfərov özünün feysbuk səhifəsində məlumat yayıb.
“Vəkillik sahəsindəki problemlər, üzləşdikləri əngəllər bəllidir. Ancaq nə baş verməlidir ki, vəkil kollegiyanın qarşısında canını qıysın?” – deyə, vəkil Xalid Ağalı sual edib.
“Vəkil Zaur Məmmədov Vəkillər Kollegiyasının qarşısında üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib. Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərirdi” – deyə, Qafqazinfo məlumat yayıb.