Müsavat Divanının növbəti toplantısı keçirilib

Müsavat Divanının növbəti iclası keçirilib.

Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı həftə ərzində görülən işlər barədə məlumat verib. Divanda Nizami Rayon Məhkəməsinin Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə əsassız hökmü geniş müzakirə olunub.

İclasda Tofiq Yaqublunun həbsxanada keçirdiyi aclıq aksiyasısı ilə bağlı məlumat dinlənilib və bu məsələnin diqqətdə saxlanılması qərara alınıb.

Divan 14 sentyab saat 15-00 da video-konfrans formatında Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad olunmasının 102-ci ildönümü ilə bağlı konfransın keçirilməsi və 15 sentyabr saat 12-00 da Şəhidlər xiyabanında Türk əsgərlərinin şərəfinə ucaldılmış abidənin ziyarət edilməsi ilə bağlı qərar qəbul edib.

Belarusda seçki saxtakarlığına qarşı etiraz aksiyalarının regionda demokratikləşməyə mümkün təsirləri mövzusu ətraflı müzakirə edilib. Divanda son günlər ölkədə, regionda və dünyada baş verən hadisələr geniş müzakirə olunub.

Sonda cari məsələlər müzakirə edilib.

Bastainfo.com