Rusiyada 65 ukraynalı əsiri daşıyan təyyarə qəzaya uğradı
Rusiya Müdafiə Nazirliyi hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması barədə məlumat yayıb.
Modern.az xəbər verir ki, Nazirlik təyyarənin Belqorod vilayətində qəzaya uğradığını bildirib.
Məlumata görə, təyyarənin göyərtəsinə dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, təyyarənin 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.
Əraziyə hərbi-kosmik xidmətin komissiyası cəlb olunub.