MSDM hakimiyyəti Tofiq Yaqublunu azad etməyə çağırır
Milli Strateji Düşüncə Mərkəzi(MSDM) hakimiyyəti Tofiq Yaqublunu azad etməyə çağırıb.
Bu barədə MSDM sədri İsa Qəmbər özünün “facebook” səhifəsində yazıb.
” Milli Strateji Düşüncə Mərkəzi: Qanunsuz məhkəmə hökmü ilə zindanda olan siyasi məhbus Tofiq Yaqublu 7 gündür ki, aclıq aksiyası keçirir.
Tofiq Yaqublunun həyatı təhlükədədir və o dərhal azad edilməlidir. MSDM hakimiyyəti Tofiq Yaqublunu azad etməyə çağırır.”, – İsa Qəmbər yazıb.
Bastainfo.com