“Müharibəyə yox”, “Putin qatildir”, “Bağışlamayacayıq”. Moskva Navalnı ilə vidalaşdı
***
Rusiya polisi Navalnının dəfninə hazırlaşır
Rusiyada polis orqanları həbsxanada müəmmalı şəkildə vəfat edən müxalifət lideri Aleksey Navalnının dəfnindən bir gün əvvəl Borisov qəbiristanlığında patrul xidməti həyata keçirməyə başlayıb.
RusNews-un müxbiri xəbər verir ki, polis əməkdaşları qəbiristanlığın yaxınlığında iki-üç nəfərdən ibarət patrul xidməti aparır. Girişdə metal hasarlar hazırlanıb müşahidə kameraları quraşdırılıb.
Qeyd edək ki, Navalnı ilə vida mərasimi martın 1-də saat 14:00-da Moskvanın Maryino rayonundakı kilsədə keçiriləcək. Bundan sonra Navalnı Borisov qəbiristanlığında dəfn olunacaq.
Basta