“Rəsulzadənin məzarı üzərindəki xatirə kompleksinin sökülməsi vandalizmdir”
Məhəmməd Əmin Rəsulzadınin 140 illiyinin qeyd olunduğu günlərdə onun Ankarada məzarı üzərindəki xatirə kompleksinin sökülməsi barədə məlumat aldıq.
Rəsulzadənin Ankaradakı məzarının ailəsi və yaxınlarının, bu məzarlığı 70 ildə qoruyub saxlayan, ən ağır sovet repressiyaları dövründə belə daim ziyarət edən Azərbaycan Kültür Dərnəyinin, qurduğu Müsavat Partiyasının və nəhayət Azərbaycan xalqının xəbəri olmadan gecə saatlarında sökülməsi vandalizmdir.
Böyük öndərin ruhuna hörmətsizlikdir!
Rəsulzadənin xatirəsini əziz tutan, onu tariximizin ən böyük şəxsiyyəti hesab edən milyonlar onun məzarının sökülməsi, məzarı ilə bağlı hansısa planların olması barədə məlumatı məzarlıq gözətçisindən almamalıdır!
Rəsulzadənin məzarının özbaşına sökülməsinə cavabdeh olanlar aşkar edilməli, bu hadisənin törədilməsinin səbəbləri barədə Azərbaycan xalqına ətraflı məlumat verilməlidir.
Məzarlıq ictimaiyyət üçün açıq olan layihələr arasından azad seçim yolu ilə müəyyənləşdirilən layihə əsasında qısa müddətdə bərpa edilməidir!
Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.