Ukraynada Rusiyanın daha iki təyyarəsi vuruldu

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın daha iki Su-34 qırıcı-bombardmançı təyyarəsini məhv edib.

Bu haqda Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk Telegram-da məlumat yayıb. 

“Rus pilotları heç bir nəticə çıxarmırlar! Bu gün saat 9.00 radələrində Avdeyevka  və Mariupol istiqamətlərində işğalçıların daha iki Su-34 təyyarəsi  məhv edildi! Birlikdə – qələbəyə!” – deyə, Oleşuk qeyd edib. 

“Ukrainska Pravda” xəbər verir ki, Müdafiə Qüvvələri fevral ayının əvvəlindən Rusiyanın 13 təyyarəsini məhv edib.

Basta