Müsavat Divanının gündəliyi
Martın 11-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə həftə ərzində görülən işlər barədə məlumat dinlənilib.
Qeyd olunub ki, partiyanın Zaqatala, Hacıqabul, Balakən, Qax, Suraxanı, Masallı, Beyləqan, Ağcabədi, Qəbələ, İsmayıllı, Astara, Neftçala və Kürdəmir rayon təşkilatlarında yığıncaqlar keçirilib, qurultaya nümayəndələr seçilib.
Martın 30-da Müsavat Partiyası Məclisinin növbəti sessiyasının keçirilməsi qərara alınıb.
Divan Azərbaycanda repressiyaların növbəti dalğası ilə bağlı bəyanat qəbul edib. Bəyanatda “Toplum TV”nin fəaliyyəti ilə bağlı qaldırılan cinayət işi Azərbaycanda söz və media azadlığına qarşı basqıların davamı kimi qiymətləndirilib, repressiyaların dayandırılması əsassız olaraq tutulan jurnalistlərin və ictimai fəalların, dərhal azadlığa buraxılmasını tələb edilib.
İclasda ölkədəki ictimai-siyasi vəziyyət və regionda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.