Azərbaycanda xüsusi karantin rejimi iyulun 1-dək uzadılıb
Azərbaycanda xüsusi karantin rejimi 2024-cü il iyulun 1-dək uzadılıb. Müvafiq sərəncamı martın 11-də Baş Nazir Əli Əsədov imzalayıb.
Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından xüsusi karantin rejimi tətbiq edilib.
Ümüm dünya Saglamlıg Təşkilatı bir il əvvəl pandemiyanı ləğv etdiyi halda, Azərbaycan hökuməti karantin rejiminin uzadır və bunun səbəbləri ilə bağlı heç bir izahat vermir.
Bu gün karantin rejimi ilə bağlı bir neçə məhdudiyyət qüvvədə qalır. Qonşu ölkələrlə quru sərhədlərin bağlanması və bəzi istiqamətlər üzrə sərnişin qatarlarının işləməməsi əhali arasında narazılıq yaradır.