FSB terrorçuların kimliyi ilə bağlı ictimaiyyəti aldadıb
Terror aktından dərhal sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Tacikistandan olan “terrorçular” haqqında məlumat yayıb, lakin bu gün məlum oldu ki, bu şəxslərin terror aktı ilə heç bir əlaqəsi yoxdur.
“Şübhəlilərdən” biri özü məlumatı təkzib etmək üçün təhlükəsizlik qüvvələrinə gəlib. Taksi sürücüsü Rüstəm Nəzərov ötən gün Samarada olub və fotosunu xəbərlərdə görüb. Iddıham olulardan daha iki nəfər indi Tacikistandadır. Onların pasportla birlikdə çəkdirdiyi şəkilləri ölkənin Daxili İşlər Nazirliyi dərc edir. Üstəlik, saxlanılan terrorçuların hamısı Rusiya Federasiyasının vətəndaşlarıdır. Bu barədə İnsider teleqram kanalı məlumat yayıb.
* * *
FSB Crocus citydə terror aktı ilə bağlı 11 nəfəri saxlayıb
Federal Təhlükəsizlik Xodməti (FSB) Crocus citydə terror aktının dörd iştirakçısının hamısının saxlanıldığını açıqlayıb.
FSB direktoru Aleksandr Bortnikov prezident Vladimir Putinə 11 nəfərin saxlanılması barədə məlumat verib. Kremlin məlumatına görə, saxlanılanlar arasında Crocus Citydəki terror aktında “birbaşa əli olan” dörd terrorçu da var.
* * *
Terrorçu olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb – media
BAZA teleqram kanalı xəbər verir ki, Bryansk vilayətində Crocus City-yə hücumda şübhəli bilinən iki nəfər saxlanılıb.
Cinayətkarların olduğu avtomobil Bryansk vilayətində Belarus və Ukrayna ilə sərhədə yaxın ərazidə saxlanılıb. Maşında altı nəfər olub, ikisi saxlanılıb, dördü qaça bilib.
Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. İndi onlarla təhlükəsizlik işçiləri işləyir – onların terror aktında iştirakı yoxlanılır.
Qaçan 4 nəfər axtarılır.
Hüquq-mühafizə orqanları Crocus City Hall-da atışma törədən 6 terrorçudan dördünün şəxsiyyətini açıqlayıb.
1) Nəsridinov Məhmədrəsul 37 yaş
2) İsmonov Rivojidin 51 yaş
3) Safolzoda Shoxinjonn 21 yaş
4) Nəzərov Rüstəm 29 yaş.
Onların hamısı Tacikistan vətəndaşıdır. Onlardan hansının saxlanıldığı hələlik məlum deyil.