Qarabağda nə qədər erməni qalıb?

“Əldə etdiyimiz məlumatlara görə, bu gün Qarabağ ərazisində 10-11 erməni qalıb”. Bunu Fransanın “Le Figaro” qəzetinə müsahibəsində özünü buraxmış separatçı rejimin başçısı Samvel Şahramanyan deyib.

“Bunlar hərəkət edə bilməyən və ya yaxınlarının məzarlarının yanında olmaq istəyən əlil və ya xəstə insanlardır. 2023-cü ilin sentyabrında baş verən məcburi köçdən sonra orada qalan ermənilərin sayı çox idi. Lakin sonra onların da bir hissəsi Qırmızı Xaç sayəsində Ermənistana köçüb”, – deyə Şahramanyan bildirib.

Qeyd edək ki, rəsmi Bakı Xankəndi və ətraf rayonlarda “mindən az” erməninin qaldığını bildirir.

Basta