Müsavat qurultayla bağlı qərar verdi
Müsavat Partiyasının növbəti – 11-ci qurultayı may ayında keçiriləcək.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, bu haqda qərar qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin bazar ertəsi keçirilən iclasında qəbul olunub.
Bildirilir ki, Təşkilat Komitəsi yaxın günlərdə qurultayın keçirilməsinə yer ayrılması üçün müvafiq dövlət qurumuna müraciət edəcək. Bundan sonra qurultayın dəqiq günü müəyyənləşəcək.
Qurultayda növbəti dönəm üçün partiya başqanın seçilməsi, həmçinin MNTK və Məclis üzvlüyünə seçkilərin keçirilməsi nəzərdə tutulur.