Tofiq Yaqublunun həbs müddəti 2 ay uzadılıb
Müsavat Pariyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
Bu qərarı aprelin 6-da Bakının Nərimanov Rayon Məhkəməsi istintaqın vəsatəti əsasında qəbul edib, bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.
Onun sözlərinə görə, istintaq bunu ekspertiza rəyinin gəlib çıxmadığı ilə əsaslandırıb.
Müdafiə tərəfi isə hesab edir ki, ittihamın heç bir sübutu yoxdur və istintaq müddəttinin uzadılmasına zərurət mövcud deyil.
Prosesdə Tofiq Yaqublu cinayət işinə aidiyyəti olmadığını, həbsi siyasi fəaliyyətə görə olduğunu deyib.
Qərardan apellyasiya şikayəti veriləcək
* Tofiq Yaqublu dekabrın 14-də dələduzluq və saxta sənəd hazırlama ittihamı ilə həbs olunub.
Siyasətçi bundan əvvəl dəfələrlə cinayət təqibinə və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.