Fərəc Kərimli qurultay ərəfəsində orduya çağırıldı, sonra isə…
Aprelin 25-də komissarlıqdan zəng edib məni təcili ordu sıralarına çağırdılar. Rayonda olsam da canla-başla gəlib qeydiyyata düşdüm, bəzi məsələləri yoluna qoyub guya bu gün təlimlərə başlayasıydım. Bu gün də komando briqadalarının birində axşama qədər gözlədikdən sonra ehtiyac olmadığı bildirildi.
Belə yersiz hərəkətlərə görə həm şəxsi işlərim pozuldu, həm də Qurultay qabağı partiyanın işinə heç bir fayda verə bilmədim. Bəlkə də bəzilərinin ağlına başqa fikirlər də gəlib… Sabah belə çağırışlardan imtina etsəm hər cür don geydirəcəklər. İndi əsəbi halda Bakıya qayıdıram.
Yazı Fərəc Kərimlinin feysbuk səhifəsindən götürülüb.