Xeyrimli kəndi istiqamətində demarkasiya işləri yekunlaşmaq üzrədir

Azərbaycan-Ermənistan sərhədinin Kirants (Günən) və Xeyrimli kəndləri arasındakı hissədə sərhədin demarkasiyası ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Bu barədə erməni “Telegram” kanalları məlumat yayıblar.

Xəbərdə qeyd olunub ki, sözügedən hissədə sərhəd Ermənistan Sərhəd Qoşunları tərəfindən nəzarətə götürülüb.

Məlumat üçün əlavə edək ki, hazırda Ermənistan polisi Azərbaycan-Ermənistan sərhədində yerləşən Kirants (Günən) kəndinə giriş-çıxışı bağlayıb.

Ehtimal olunur ki, Ermənistan polisi qarşıdurmanın qarşını almaq məqsədilə kəndə giriş-çıxışı bağlayıb.

Oxu.az