Müsavat bayram mitinqi keçirəcək

Mayın 20-də Müsavat Partiyası Divanının yeni tərkibdə ilk iclası keçirilib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə təşkilati məsələyə baxılıb. Qarabağ qazisi, ictimai fəal Ayaz Qasımov partiya sıralarına qəbul olunub.

Daha sonra görülən işlər və qərarların icrası ilə bağlı məlumat dinlənilib. Divan üzvləri Gülağa AslanlıRazim Əmiraslanlı siyasi partiyalar haqqında yeni qanunun tətbiqi ilə əlaqədar keçirilən seminar barədə məlumat veriblər.

Divan mayın 28-də saat 12:00-da Müstəqillik Günü ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi önündə bayram mitinqinin keçirilməsi ilə bağlı qərar qəbul edib. Tədbirin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

Ölkədə və regionda cərəyan ictimai-siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Məclisin sədri Arif Hacılı mayın sonunda Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək beynəlxalq tədbirə dəvət olunması barədə məlumat verib.

Müsavat başqanı İsa Qəmbər son qurultayda səsləndirdiyi İctimai Saziş ideyasının mahiyyəti barədə qısa məlumat verib.

Sonda cari məsələlər müzakirə olunub.

Basta