Övladının əlilliyi ləğv edilən məcburi köçkün ölkə başçısına müraciət etdi
Hazırda Şəki rayonunda məskunlaşan laçınlı məcburi köçkün Namiq Süleymanov yerli xəstəxananın rəhbərliyindən dövlət başçısına şikayət edib.
“Üç övladım anadangəlmə əyripəncəlik xəstəsidir. Hər ay ortopedik ayaqqabıya 450 manat pul xərcləyirəm. Böyök qızım Süleymanlı Gülay 2016-cı ildə anadan olub, 2017-ci ildə əlillik təyin edilib, əsas diaqnoz anadangəlmə əyripəncəlikdir, 2023-cü ildə əlilliyin vaxti bitib. Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişəm. Yeni “forma 88″ rəsmiləşdirilib, lakin natamam doldurulduğu ucub, imtina cavabı veriblər” – deyə, Namiq Süleymanov bildirib.
“Basta”ya müraciət ediən Namiq Süleymanov problemin işıqlandırılmasını xahiş edib. Şikayətçinin video müraciətini təqdim edirik: